8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Viktoriya”nın müdafiəçisi: “Bakıdakı nəticə bizə revanş üçün əla şans verir”

“Meydanın mərkəzində dayanıb Çempionlar Liqasının himninin dinləmək əla bir duyğu idi. İlk dəfə idi bu hissləri yaşayırdım. Orada olduğuma görə sevinirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çexiya mətbuatına müsahibəsində “Viktoriya”nın müdafiəçisi Vatslav Yemelka deyib.

“Qarabağ”la Bakıda keçirdikləri Çempionlar Liqasının ilk pley-off matçı (0:0) haqda danışarkən 27 yaşlı futbolçu deyib:  “Bakıdakı nəticə bizə revanş üçün əla şans verir. Komandamızla fəxr edirəm. Biz çətin şəraitdə heç-heçə üçün mübarizə apardıq və istəyimizə çatdıq. Bakıda hava çox pis, rəqib isə yaxşı idi”.

27 yaşlı mərkəz müdafiəçisi “Qarabağ”la oyunda ona yad olan sol cinah müdafiəçisi kimi oynayıb. Çexiya millisinin futbolçusu bu haqda deyib: “Bu haqda matça bir gün qalmış bildim. Əlbəttə, bu, stoper mövqeyi deyil. Amma mən tapşırıqla barışmalı oldum. Şadam ki, məşqçimiz məni həvəsləndirdi və məndə inam yaratdı”.

O, heç vaxt Çempionlar Liqasında oynamasa da, Bakıda 31 min tamaşaçı önündə çıxış edib. “Deməzdim ki, Bakıdakı oyun mənim üçün ən çətin matç idi. Mən hətta bunu ağlımdan da keçirmirəm. Hər dəfə meydana çıxanda rəqibin kimliyindən asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30