Ölkə futbolu
Samir Əliyev: “Etiraf edək ki, Türkiyəyə yollananda nəticə əldə edəcəyimizə ümidimiz az idi”
Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarda bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev affa.az saytına müsahibə verib.Futbolxeber.az həmin müsahibəni təqdim edir.
- İslam həmrəyliyi oyunlarında bürünc medallar qazanmağınız münasibətilə təbrik edirik. Turnir barədə ümumi fikirləriniz necədir?
- İlk oyunda Asiya çempionu Səudiyyə Ərəbistanı komandasına qarşı oynadıq. İlk oyunumuz idi deyə, bütün gücümüzü ortaya qoyduq. Düzdür, nisbi üstünlük rəqib komandada olsa da, yaxşı oynadıq. Təəssüf ki, son saniyələrdə qapımıza olmayan penalti təyin olundu və məğlub olduq. Hakim qarışıqlıq zamanı səsə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi. İkinci oyunda İran yığması ilə qarşılaşmalı idik. Məndə olan məlumata görə, klublar əsas oyunçularını milliyə buraxmadıqları üçün İran komandası son anda turnirdən iştirakdan imtina etdi. Belə demək mümkünsə, bəxtimiz gətirdi. İran yığması gəlsəydi, təqvimimiz daha sıx olacaqdı. Onlar gəlmədi deyə, komanda olaraq daha çox istirahət etmək, növbəti oyuna daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Qrupun son qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq üçün heç-heçə bizi qane edirdi. Ancaq Mərakeş yığması ilə oyundan əvvəl futbolçulara tapşırdım ki, əgər heç-heçə üçün meydana çıxsaq, məğlub olacağıq. Qalib gəlməyin vacib olduğunu bildirdim. Oyun ərzində əldə etdiyimiz imkanları dəyərləndirib qollar vurduq. Təəssüf ki, yenə oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində qapımızdan qol buraxdıq. Çox istərdik qələbə ilə yarımfinala vəsiqə qazanaq, amma olmadı. Əsas odur ki, qrupdan çıxdıq.
- Yarımfinalda çempion Türkiyə komandası ilə qarşılaşdınız...
- Türkiyə turnirin əsas favoritlərindən biri idi. Həm meydan sahibi idi, həm də heyəti güclü futbolçulardan formalaşıb. Yarımfinal oyununda heyətdə 7-8 əvəzetmə edib hamının oynaması üçün şərait yaratdıq. Təəssüf ki, minimal hesabla məğlub olduq.
- Bürünc medallar qazandığınız Əlcəzair komandası ilə oyun barədə nə deyə bilərsiniz?
- Təqvimi sıx olan turnirlərdə bir gündən bir oyun keçirmək asan deyil. Komanda funksional cəhətdən çox hazırlıqlı olmalıdır. İki eyni səviyyədə heyətə malik olmalısan ki, stabil oyun oynaya biləsən. Əlimizdəki imkanlarla maksimum rotasiya etməyə çalışırdıq. Əlcəzair də yarımfinalda ağır oyun keçirmişdi. Yorğun olacaqlarını bilirdik. Bərabər səviyyəli oyun keçdi. Hər iki komandanın qol vurmaq imkanları oldu. Buna baxmayaraq, hesab açılmadı. Penalti zərbələrini daha dəqiq yetirdik və turnirin bürünc medallarını qazandıq.
- Nəticəni qənaətbəxş hesab edirsinizmi?
- Etiraf edək ki, Türkiyəyə yollananda nəticə əldə edəcəyimizə ümidimiz az idi. Çünki daha əvvəl də dediyim kimi, istədiyimiz heyəti apara bilməmişdik. Turnirdən öncə komanda ilə iclasda hər bir futbolçuya şans verəcəyimi bildirmişdim. Avqustun 1-də toplaşmalı idik, ancaq müxtəlif səbəblərdən bir gün sonra biraraya gəldik. Cəmi 7 məşq keçmək imkanımız oldu. Onun da ikisində əsasən standart vəziyyətlər üzərində çalışdıq.
- Əgər istədiyiniz heyətlə mübarizə aparmaq imkanınız olsaydı, nəticə fərqli ola bilərdimi?
- Onu qeyd edim ki, turnirə gələn komandalar çox güclü idilər. Misal üçün, bizimlə oyundan sonra Mərakeş komandasının üzvü “Trabzonspor”a transfer olundu. Hər bir komanda üstün futbol oynayırdı. Biz isə əsasən mübarizə aparırdıq. Əlbəttə, əgər biz də təcrübəli futbolçularla mübarizə aparsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. Rəqibləri təhlil etmişdik, zəif və güclü tərəflərini tam öyrənmişdik. Oyunumuzu daha çox müdafiədən qururduq. Açıq futbol oynsaydıq, hesablar daha fərqli olardı.
- Oyunların, xüsusən 3-cü yer uğrunda qarşılaşmanın gündüz saatlarına, havanın isti vaxtına salınması komandaya necə təsir etdi?
- Bu cür kütləvi yarışlarda təşkilatı işlərdə müəyyən problemlərin olması normaldır. Təqvimin sıx olması və oyunların gündüz saatlarında keçirilməsini çatışmazlıq kimi qeyd edə bilərəm.
- Bu oyunların 21 yaşlıların seçmə mərhələ qarşılaşmalarında yaxşı nəticə qazanmaq baxımından faydalı olacağını bildirmişdiniz...
- Bəli. Biz digər komandalarla müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Gənc futbolçularla nəticə qazandıq. Bu uşaqların çoxu növbəti seçmə mərhələ üçün U-21-ə namizəd futbolçulardır. Onların hansı vəziyyətdə olduqlarını, nə kimi çatışmazlıqları olduğunu gördük. Dediyim kimi, həm gənc futbolçular, həm də biz məşqçilər üçün yaxşı təcrübə oldu. Klublara və məşqçilərə hazırlıqlı futbolçular göndərdikləri üçün təşəkkür edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
10:00
Azərbaycan millisi Ermənistana qarşı
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu