8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ” tarixində 800-cü qol

“Qəbələ” tarixində 800-cü qolu vurub. 

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib. “Şamaxı” ilə ev oyununda hesabı açan Rövlan Muradov yubiley qolunun müəllifi olub. 

“Qırmızı-qaralar” klubun yarandığı 2005-ci ildən Qəbələ şəhər stadionundakı matçadək 799 dəfə fərqlənmişdi. Şamaxının eyniadlı klubuna 3:1 hesabı ilə qalib gələn komanda qollarının ümumi sayını 802-yə çatdırıb.

“Qəbələ”nin 800-cü qolu 614-cü rəsmi matça təsadüf edib. Komandanın vurduğu 802 topdan 448-i evdə, 352-si səfərdə, 2-si neytral meydanda qeydə alınıb.

“Qırmızı-qaralar” Premyer Liqada 571, ölkə kubokunda 120, birinci dəstədə 72, avrokuboklarda 39 dəfə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, klub tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. Birinci dəstənin “Şərur”la ev matçının 23-cü dəqiqəsində rəqib oyunçu İlqar İbrahimov avtoqol müəllifi olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30