8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

VIII tur: 10 komandaya cəmi 2 qol

Azərbaycan Premyer Liqasının 8-ci turu aşağı məhsuldarlıqla yadda qalıb. Futbolxeber.az-ın məlumatına görə, baş tutan 5 oyunda cəmi 10 qol vurulub. Yəni, meydana çıxan 10 komandadan yalnız ikisi - "İnter" və "Bakı" qol sevinci yaşayıb. Digər 8 komanda isə 90 dəqiqə ərzində fərqlənə bilməyib. Bu isə mövsümün ən aşağı göstəricisidir. Halbuki əvvəlki 7 turda hər tur minimum 10 qol vurulurdu.

Cari mövsümün rekordu altıncı turda qeydə alınıb. Həmin vaxt 5 oyunda 16 qol vurulub. Bu isə orta hesabla hər oyuna 3 qoldan da çoxdur. İlk turda 15, ikinci və üçüncü turlarda isə 14 qol vurulmuşdu.

Buna qədər ən aşağı məhsuldarlıq 5-ci turda qeydə alınmışdı. Həmin vaxt 5 oyunda 10 qol vurulmuşdu.

Qeyd edək ki, bu tur fərqlənən futbolçular Spiçiç və Kalonas olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30