8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Misli” ilə PFL arasında sponsorluq müqaviləsi imzalandı

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin imzalanma mərasimi keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. Ölkəmizdə idmanın kütləviləşməsi yönündə dəstək göstərən “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq. 

Peşəkar Futbol Liqası ilə “Misli” arasındakı əməkdaşlıq “Misli Premyer Liqası”nın daha da maraqlı keçirilməsi, idman mübarizəsinin daha yüksək səviyyəyə qaldırılması, oyunların keçirilməsində əməyi olan şəxslərin iş şəraitinin yaxşılaşdırılması, kadr ehtiyatlarının beynəlxalq təcrübə əsasında peşəkarlaşdırılması, zənginləşdirilməsi, beynəlxalq təşəkilatlarla əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, mövsümün gedişində, eləcə də sonunda müxtəlif idman tədbirlərinin və mükafatlandırma mərasiminin yüksək səviyyədə təşkili, həmçinin, həyata keçirilməsi planlaşdırılan layihələrin gerçəkləşdirilməsinə səbəb olacaq. 

“Misli” ilə əməkdaşlığın önəmindən bəhs edən AFFA-nın prezidenti Rövnəq Abdullayev razılaşmanın futbolun inkişafına daha da təkan verəcəyini bildirib, “Misli Premyer Liqası”nın futbolun populyarlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Mərasimdə çıxış edən “Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirören “Misli”nin Azərbaycan Premyer Liqasının baş sponsoru olması ilə ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, “Misli” hər zaman idmanın tərəqqisinə diqqət və qayğı göstərərək bu yolda dövlətin prioritet siyasətinə dəstək olmağa davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30