29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ" ÇL-in ən yaxşıları arasında

UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra 2022/23 mövsümündə turnirdə ən çox qol vuran komandaların siyahısını açıqlayıb. 

Futbolxeber.az saytının məlumatına görə, ən yaxşılar arasında Azərbaycan təmsilçisi "Qarabağ"da var. Ağdam klubu yeni mövsümdə çıxdığı 5 matçda ümumilikdə 11 qol vurub. "Qarabağ"ın 3-cü mərhələdəki rəqibi "Ferentsvaroş" da 11 qola imza atıb. Ona görə də "Qarabağ" Macarıstan təmsilçisi ilə birlikdə sıralamada 3-cüdür.

1-ci yerdə Norveç "Bodo Qlimt"idir - 17 qol. "Vikinqur" (İslandiya) isə 2-ci pillədə yer alıb - 12 qol. 

“Qarabağ” künc zərbələrinin sayına görə liderdir. Onlar 5 matçda 38 dəfə künc zərbəsi yerinə yetiriblər.

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan təmsilçisi ən çox kobudluğa məruz qalan və ən çox faul edən komandadır. 71 dəfə qayda pozan “Qarabağ”a qarşı 74 dəfə də qayda pozulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31