10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Frank Boli: "Qarabağ" bizi həqiqətən təəccübləndirdi"

"Ferentsvaroş"un (Macarıstan) futbolçusu Frank Boli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda heç-heçə etdikləri (1:1) ilk oyun haqqında danışıb. 

Futbolxeber.az-ın məlumatına görə, komadasının yeganə qolunun müəllifi olan forvard "Ferentsvaroş"un saytına açıqlamasında deyib: 

"Sərt rəqibə qarşı çətin matç oldu. Bu, asan deyildi. "Qarabağ" bizi həqiqətən təəccübləndirdi. Biz cərimə meydançasında əlimizdən gələni edib qol vurmalı idik. Məhz belə etdik. Söhbət nəticədən getmir, biz gələn həftəki cavab oyununa hazırlaşmalıyıq. Qol epizodu vaxtı çox şeyi görmədim. Topun qapıçının arxasından geri döndüyünü gördüm, baş vurmalı oldum. Xoşbəxtlikdən yaxşı yerdə idim. Bu, bizim üçün yaxşı nəticədir. Növbəti dəfə öz stadionumuzda, azarkeşlərimizin önündə oynayacağıq. Bu, bizə kömək edə bilər. Biz həmin oyuna köklənməliyik, kompakt oynamalıyıq. Rəqabətdə, təzyiqdə daha güclü olmalıyıq. O zaman uğur qazana bilərik".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 9-u Budapeştdə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30