Ölkə futbolu
Boqomolski: “Rapid”lə oyunda stadionda çox azarkeş görmək istərdik”
Yeni transfer Yeqor Boqomolski “Neftçi TV”yə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, belaruslu forvard keçidinin qısa zaman ərzində həll olunduğunu bildirib: “Təbii ki, “Neftçi” kimi tanınmış klub tərəfindən mənə maraq göstərilməsinə sevindim. Təklif gələndə hər şey çox tez oldu. Sözün həqiqi mənasında, 2-3 günə bütün məsələlər həll olundu. Bilirdim ki, bu keçiddə həm klub rəhbərliyi, həm də məşqçilər korpusu maraqlıdır. Ona görə də çox düşünmədən “Neftçi”yə keçməyə razılıq verdim”.
Boqomolski bu keçidlə karyerasında irəliyə addım atdığını düşünür: “Hesab edirəm ki, Azərbaycan çempionatı ildən-ilə daha da yaxşılaşır. Üstəlik, komandamız Konfrans Liqasının seçmə mərhələsindədir. Artıq ikinci mərhələni geridə qoymuşuq. Təbii ki, bu, avrokuboklarda oynamaq imkanıdır. Buna görə də geri addım deyil, irəliyə doğru addımdır. Bəli, “Neftçi”yə keçəndə baş məşqçi ilə danışa bildim. O, məndən nə istədiyini dedi. Buna görə də indi yavaş-yavaş komandaya qoşuluram və onun məndə görmək istədiyini istifadə etməyə çalışıram. Yavaş-yavaş iqlimə, komandaya uyğunlaşıram. Mənim buraya mümkün qədər tez uyğunlaşmağım üçün kömək etdiklərinə görə futbolçulara, məşqçilər korpusuna və bütün inzibati heyətə təşəkkür edirəm”.
O, yeni komandasının səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Hücumçu olduğuma görə mənim üçün ən vacib olan, təbii ki, həm çempionatda, həm də avrokuboklarda qollar vurub komandaya faydalı olmaq və qələbə qazandırmaqdır. İlk məşqdən komandanın səviyyəsinin kifayət qədər ciddi olduğunu gördüm. Bütün uşaqlar çox mehribandırlar. Hər kəslə söhbət etmək üçün ümumi mövzu tapmaq mümkündür. Bir neçə ay əvvəl Azərbaycan millisinə qarşı oynayanda bəzi futbolçularla yollarım kəsişmişdi. Buranı çox bəyəndim, düşünürəm ki, komanda çox ciddi toplanıb. Bəli, əlbəttə, Qodsveyi tanıyıram. Yaxşı hücumçudur, kifayət qədər texnikalıdır. Amma təbii ki, onunla rəqabət aparmaqdan qətiyyən qorxmuram. Çünki rəqabət həmişə inkişafa səbəb olur. Buna görə də start heyətində yer qazanmaq üçün özünü daha çox göstərmək istəyirsən”.
Forvard “Rapid”lə qarşılaşmadan da söz açıb: “Cümə axşamı “Rapid”lə oynayırıq. Təbii ki, stadionda mümkün qədər çox azarkeş görmək istərdik. Onların dəstəyinə çox ehtiyacımız var. Ümid edirəm ki, son oyunla müqayisədə daha çox azarkeş gələcək. Biz isə ən yaxşı oyunumuzu göstərib mərhələni keçməyə çalışacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”