10 Iyun 2024, Bazar ertəsi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik

Ölkə futbolu

Ayaz Quliyev Azərbaycan millisi barədə: "Məni istəyirlər, amma..."

Rusiyanın "Ximki" klubunun yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamaq ehtimalından danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında millimizdə oynaması üçün AFFA-nın konkret addım atmalı olduğunu bildirib:

"Federasiya ilə daimi əlaqə saxlayıram, amma heç vaxt yekun təklif etməyiblər. Hər şey səthidir, konkret söhbət olmur. Belə çıxır ki, məni istəyirlər, amma heç nə etmirlər. Mənim üçün bir yerdə oturmaq, danışmaq, bir-birimizi dinləmək və ortaq nöqtəyə gəlmək lazımdır".

Moskva "Spartak"ının yetirməsi olan Quliyev "Azərbaycan millisində oynamağa hazırsanmı" sualını belə cavablandırıb: "Mən ancaq konkret danışıqlardan sonra nəyin necə olduğunu biləcəyəm. İndi nə "hə", nə də "yox" deyə bilərəm. Tələsik qərarlar vermək istəmirəm”

Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın A.Quliyevi yığmanın növbəti matçlarına qədər milliləşdirmək istədiyi barədə xəbərlər yayılmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30