8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qəbələ"ni keçmək şansımız çoxdur"

"Fehervar"ın (Macarıstan) baş məşqçisi Mixael Boris Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə səfərdə keçirəcəkləri matç barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında sabahkı qarşılaşmada aqressiv çıxış etməli olduqlarını deyib: "Sabahkı oyuna da rəqibin yüksək intensivliklə başlayacağını gözləyirik. Amma biz də eyni sürət və aqressivliklə çıxış etməliyik. İlk oyunda rəqib bizim arxadan oyun qurmağımıza imkan vermirdi. "Qəbələ"nin fiziki cəhətdən hazırlıqlı oyunçuları var, ona görə də biz aqressivliyimizi qorumalıyıq".

Mütəxəssis bildirib ki, "Qəbələ"dən 3 top öndə olmaqlarına baxmayaraq, cavab matçına da ciddi yanaşırlar: "Cavab oyununa da ciddi yanaşırıq. Dəyişiklikləri sabah görəcəksiniz. Eyni zamanda bazar günü oyunumuzu da düşünməliyik. Heyətimiz genişdir, rotasiya etməliyik, Amma "Qəbələ" ilə oyun da çox önəmlidir. Çox da dəyişiklik gözləməyin. İlk oyundakı keyfiyyəti, aqressivliyi qorumalıyıq. İlk oyundan əvvəl şansların bərabər olduğunu demişdim. Amma indi bir qədər çox olduğunu deməliyəm. Amma hər şeyi nəzərə almalı və matça ciddi yanaşmalıyıq. Bu, dostluq görüşü deyil".

Çalışdırıcı oyundan sonra Qəbələdə qalaraq 1 gün məşq keçirməyi planlaşdırmaqlarının səbəbini də açıqlayıb: "Buradan Macarıstana 3 saatlıq uçuşumuz var. Yola gecə ilə çıxmamaq üçün uçuşu növbəti günə saldıq. Həm də gözəl meydançalar və gözəl şəhəri gördükdən sonra burada bir gün də qalmaq xoş olardı. Bazar günü Macarıstan çempionatında "Pakş"a qarşı zsəfərdə ilk tur matçına çıxacağıq. Ona görə də ən uyğun variant "Qəbələ" ilə matçdan sonra burada qalaraq, birbaşa növbəti oyuna yollanmaqdır".

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Fehervar" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Macarıstan klubu 4:1 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30