8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Aris" rəsmisi: "Neftçi"nin Bakıda daha yaxşı oynayacağını gözləyirik"

"Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu Kiprin "Aris" klubunun mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya səfər zamanı yerli mətbuata açıqlamasında deyib.

O, səfərə üstünlüklə yollandıqlarını xatırladıb: "Bu, tarixi oyundur. İş yarımçıq qalıb. Cümə axşamı bunu bitirməliyik. 2:0 hesabı komandadakı hər kəsi ayaqda saxlayır".

Papadopulos zədəli Matiya Şpolyariçin Azərbaycana gətirilmədiyini xatırladıb: "O, ilk oyunun sonlarında narahatlıq hiss etdi. Hazırda Kiprdə qalmağa və müalicəsi ilə məşğul olmağa önəm verdi".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30