8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Neftçi"nin səhifəsində gördüyüm bir cümlə çox xoşuma gəlmişdi"

"Neftçi"nin idman direktoru Zaur Əzizovla 2 ay əvvəl danışmağa başladıq. Ona hədəflərimi anlatdım. Klub prezidenti Kamran Quliyev də bizi dinləyib, bura gəlməyimə vəsilə oldu. Qardaş ölkədən gəldiyim üçün hər ikisinin qardaşlığını hiss etdim".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi" Futbol Akademiyasının yeni direktoru Cemal Bülbül klubun televiziyasına müsahibəsində deyib.

35 yaşlı mütəxəssis Bakıdakı həyatından danışıb: "Burada özümü yad hiss etmirəm. Çünki qardaş ölkədəyəm. Tək problemim ailəmin uzaqda olmasıdır. Ancaq onlar da bir ay içərisində bura yanıma gələcəklər".

Daha sonra Cemal Bülbül "Neftçi"dəki hədəflərini bildirib: "Neftçi"nin səhifəsində gördüyüm bir cümlə çox xoşuma gəlmişdi. Yazılmışdı ki, bizdə əsas məqsəd oyun yox, oyunçu qazanmaqdır. Bu cümlə mənə təsir etdi. Ona görə də ilk hədəfimiz futbolçuların "Neftçi"yə olan bağını möhkəmlətməkdir.

Futbol həyatında 10-12 yaş aralığı önəmlidir. Bu yaşda nə futbol öyrəndinsə, o sənin gələcəyini də təmin edir. 17-19 yaş aralığında bunu öyrənmək çox çətin olur".

Qeyd edək ki, "Neftçi" Cemal Bülbüllə 2 illik müqavilə bağlayıb. O, "Neftçi"yə gələnədək "Göztəpə" klubunun Matç və Performans Təhlili və Skautluq Departamentində çalışıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30