8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Laurentsiu Regekampf və Emin Mahmudov mətbuat önünə çıxacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Aris”ə qarşı keçiriləcək cavab oyunu öncəsi “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 

Futbolxeber.az-ın “Neftçi”nin saytına istinadən verdiyi məlumata görə, tədbir iyulun 27-si saat 18:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 20:30-da “Aris”in baş məşqçisi Aleksey Şpilevski və kapitan Delmiro Naşimentunun iştirakı ilə mətbuat konfransı, 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Oyun üçün qeydiyyatdan keçmiş jurnalistlərə iyulun 27-si saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrindən tibbi maskadan istifadə etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Əlavə edək ki, “Neftçi” - “Aris” oyunu iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30