9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şpilevski: “Neftçi” güclü rəqibdi”

"Sabah bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik. “Neftçi” güclü rəqibdir. Komanda şəklində sabahkı matça hazırlaşmışıq. “Neftçi”nin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, rəqibdən qorxuruq. Sabah biz də sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma qorxmuruq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kipr "Aris"inin baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Bakı təmsilçisini yaxşı analiz etdiklərini söyləyib: "Neftçi"nin yeni baş məşqçisi, üslubu və transferləri var. Amma onlara qarşı müəyyən plan hazırlaşmışıq. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır".

Qeyd edək ki, sabah Kiprdə "AEK Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30