9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"dan təhlükəsizliklə bağlı azarkeşlərə müraciət

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Sürix”ə qarşı keçiriləcək oyundan öncə azarkeşlərə müraciət edib. 

Futbolxeber.az saytının məlumatına görə, klubun feysbuk səhifəsində yer alan müraciətdə deyilir: 

- Əziz azarkeşlər, “Qarabağ” - “Sürix” oyununa göstərdiyiniz böyük marağa görə sizə sonsuz təşəkkür edirik.

Oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etməyiniz xahiş olunur. Nəzərə alın ki, A,B və C girişlərdən içəri keçdikdən sonra stadionu tərk edən azarkeşlər matç bitənə qədər yenidən arenanın ərazisinə qayıda bilməyəcəklər.

Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur.

Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq!

Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30