8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Konfrans Liqası: Klublarımızın 3-cü mərhələdəki potensial rəqibləri

Gələn həftə Konfrans Liqasında mübarizəyə başlayacaq “Neftçi”, “Zirə” və “Qəbələ”nin üçüncü mərhələdəki potensial rəqibləri bəlli olub.

Futbolxeber.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi” ikinci mərhələdə “Aris”i (Kipr) mübarizədən kənarlaşdırsa, növbəti raundda aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:

“Tvente” (Niderland)

“Mölde” (Norveç) - “Elfsborq” (İsveç) cütünün qalibi

“Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Levski” (Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi

İkinci mərhələdə Tel-Əviv “Makkabi”i isə mübarizə aparacaq “Zirə” uğur qazansa, növbəti mərhələdə aşağıda adları qeyd olunan komandalardan biri ilə üz-üzə gələcək:

“Rujomberok” (Slovakiya) - “Riqa” (Latviya) cütünün qalibi

“Kızıl Jar” (Qazaxıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi

“Vikinqur” (Farer adaları) - DAK 1904 (Slovakiya) cütünün qalibi

“Qzira Yunayted” (Malta) - “Radniçki” (Serbiya) cütünün qalibi

“Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi

Digər təmsilçimiz “Qəbələ” isə Macarıstan “Fehervar”ını üstələsə, növbəti raundda bu komandalardan biri ilə qarşılaşacaq:

“Panatinaikos” (Yunanıstan)

“Sepsi” (Rumıniya) - “Olimpiya” (Sloveniya) cütünün qalibi

“Vlajnaya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi

“Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi

Üçüncü mərhələnin püşkatma mərasimi iyulun 18-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Həmin günü Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın da üçüncü mərhələdəki potensial rəqibi müəyyənləşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30