9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Lex”in baş məşqçisi: “Bu gün heç nə bizim üçün uğurlu olmadı”

“Bugünkü qələbə münasibətilə "Qarabağ"ı təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram. Növbəti mərhələyə biz də keçə bilərdik. Bu gün heç nə bizim üçün uğurlu olmadı. İstisna olaraq ilk dəqiqədə vurduğumuz qolu qeyd edə bilərəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Lex”in baş məşqçisi Conni van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a Bakıda 1:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis bu gün komandası həddindən artıq səhv edib: "Hakim də ən azı 3 epizodda ofsayd qeydə almadı. Bu da gedişata təsir etdi. Amma bu bəhanə olmamalıdır. "Qarabağ" ən azı keyfiyyətdə bizi üstələdi. 1:5 hesabı acınacaqlı məğlubiyyətdir. Komandamızın təcrübəsində belə hesablı məğlubiyyət olmayıb. Polşa çempionatının oyunlarında da bunu görmək mümkün deyildi. Bir çox nüansları nəzərə almaq lazımdır. 5:1 hesabı sırf "Qarabağ"ın çox yüksək keyfiyyətdə oyun sərgiləməsi ilə bağlıdır".

Baş məşqçi "Qarabağ"ın çox yüksək səviyyəli komanda olduğunu bildirib: "Hər hansı taktikadan və ya məşqçi səhvindən danışmaq istəməzdim. Ötən həftə tətbiq etdiyimiz taktikanı seçmişdik. Çünki bunu uğurlu hesab etmişdik. İlk dəqiqə qolu da bunu göstərdi. Amma "Qarabağ"ın yüksək səviyyəli oyunu matçın belə nəticələnməsinə yol açdı".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30