10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

"Dadaşov inkişaf edə bilsə, "Vulverhempton" yenidən onunla müqavilə imzalamaq üçün növbədə olacaq"

"Vulverhmeppton"un nümayəndəsi Matt Cekson millimizin üzvü Renat Dadaşovun klubdan ayrılması haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o xatırladıb ki, R.Dadaşov İngiltərə Premyer Liqası təmsilçisində oynadığı müddətdə ciddi zədə alıb: 

"Ona görə Renatı icarəyə verdik. O, 2020-ci ilin avqustunda icarə əsasında "Qrasshopper"ə keçdikdən qısa müddət sonra da ayağından zədələndi. Ötən mövsüm onun "Tondela"ya icarəsi ciddi zədəsini sağaltmaq və oynamağa hazır olduğunu sübut etmək üçün çox vacib idi. O, Portuqaliyada "Tondela" üçün çətin bir mövsümdə çıxış etdi. Komanda aşağı liqaya düşsə də, Renat oynaya biləcəyini göstərdi. 

Əgər Dadaşov qarşıdakı bir neçə il ərzində həqiqətən inkişaf edə bilsə, "Vulverhempton" yenidən onunla müqavilə imzalamaq üçün növbədə olacaq".

Qeyd edək ki,  23 yaşlı hücumçu İsveçrənin "Qrasshopper" klubu ilə 2+1 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30