10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

"Qəbələ” 4 futbolçu ilə vidalaşdı

"Qəbələ” dörd futbolçu ilə yollarını ayırıb. 

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandaya qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə “qırmızı-qara” forma geyinən Kamal 15, qışda komandaya qoşulan Patrik 13 qarşılaşmada iştirak edib.

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30