29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Fariz Nəcəfov: "Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik"

"Potensial rəqiblər müəyyənləşəndən sonra hansı komandanın düşməsinin fərqi yox idi. Hamısı yaxşı, gücləri aşağı-yuxarı bir-birinə yaxın klublar idi".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qəbələ"nin prezidenti Fariz Nəcəfov UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Macarıstan "Fehervar"ı barədə danışarkən deyib.

Funksioner kifayət qədər köklü və təcrübəli komanda ilə qarşılaşacaqlarını bildirib: "Macarıstan çempionatının səviyyəsini nəzərə alsaq, görərik ki, işimiz çox çətindir. Rəqibin heyətində yüksək keyfiyyətə malik oyunçular var. Bütün bunlara baxmayaraq, mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Təlim-məşq toplanışının yeni başladığını söyləyən Nəcəfov komandanın tam komplektləşmədiyini əlavə edib: "Komandadakı ab-hava barədə suala oyunöncəsi cavab verməyimiz daha məntiqli olar. Bununla bağlı açıqlamanı da baş məşqçinin özü verər".

O, yeni transferlərin gözlənildiyini gizlətməyib: "Heyətdə bəzi çatışmazlıqlar var. Yəqin ki, iki futbolçu transfer edəcəyik. Bunun üzərində iş gedir. Namizədlər var, amma hələ dəqiq heç nə yoxdur. Yay pəncərəsini çox güman ki, iki transferlə yekunlaşdıracağıq. Heyətin özəyini tam qorumağa çalışdıq. Bizdən asılı olmayan səbəbdən iki futbolçu getdi. Yerlərini daha yaxşıları ilə dolduracağıq".

Nəcəfovun sözlərinə görə, büdcənin böyük hissəsini AFFA təmin edəcək: "Amma yenə də bəzi işlərimizi görəcək müəyyən sponsorlarla danışıqlar aparırıq" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31