9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ayxan Abbasov: “Premyer Liqaya rəng qatmaq istəyirik”

“Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadır. Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdir”. 

Futbolxeber.az saytının məlumatına görə, bu haqda “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis dünən müqavilə imzalaması ilə bağlı təəssüratlarını bölüşüb: “Açığı rəhbərlik, işçi, məşqçi heyəti və əsası azarkeşlər tərəfindən belə qarşılanmaq məni qürurlandırdı. 9 ildən sonra Premyer Liqaya qayıtmaq hər birimizin arzusu idi. Premyer Liqaya rəng qatmaq istəyirik. Əlbəttə, işlərimiz çoxdur. Tovuzun futbol ənənələri hər kəsə bəllidir. Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar. Birlik olmalıyıq. Həm rəhbərliyin həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm.  İnanıram ki,  tək əsas komanda deyil,  əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik”.

Ayxan Abbasov gələcək planlar haqda da məlumat verdi: “İlk olaraq futbolçularla müqavilələr rəsmiləşməlidir. Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub və qısa müddətdə onlarla müqavilə bağlayacağıq.  İyunun 19-u Bakıda təlim-məşqlərə start verəcəyik. İlk öncə yerli futbolçuları, akademiyanın üzvlərini baxışdan keçirəcəyik. Ayın 27-dən isə hazırlığın əsas mərhələsinə başlayacağıq.  Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30