28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Qurbanov püşkü dəyərləndirdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində "Lex"lə (Polşa) qarşılaşacaq. Qurbanov püşklə bağlı klubun saytına açıqlamasında deyib:

“Daha əvvəl də qeyd etmişdim ki, Çempionlar Liqasında zəif komanda olmur. Bütün komandalar öz ölkəsinin çempionlarıdır. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub olaraq, həm də komanda olaraq çox ciddi hazırlaşır. Bütün komandalar anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar. Çempionlar Liqasının bu təsnifat mərhələsində potensial rəqiblərimiz arasında ən güclü komandalarından biri “Lex” idi. "Lex" bu il yaranışının 100 illiyini qeyd edir. 2022-ci ilə xüsusi yanaşırlar.

Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu. Hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. İnşallah, çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31