9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bəhlul Mustafazadə: “Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaq”

UEFA Millətlər Liqası çərçivəsində sabah Serbiyanın Novi Sad şəhərində keçiriləcək Belarus - Azərbaycan oyunu ərəfəsində təşkil olunan milli komandamızın mətbuat konfransında baş məşqçi Canni De Byazi ilə yanaşı, komandanın üzvü Bəhlul Mustafazadə də iştirak edib. 

Futbolxeber.az saytının məlumatına görə, arxa xətt oyunçusu ilk öncə UEFA Millətlər Liqasında Qazaxıstandan alınan 0:2 hesablı yenilgi barədə danışıb: “Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaratdıq, müdafiədə də etibarlı çıxış etdik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik. Qazaxıstanla oyunda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər artdı və səhvlərdən qollar buraxdıq”. 

Sabahkı görüşlə bağlı isə Bəhlulzadə bunları söyləyib: “Rəqibi komandanı təhlil etmişik. Belarus da Qazaxıstan millisi kimi, 5 müdafiəçi ilə oynayır. Ancaq Belarus Qazaxıstandan daha kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbaycan xalqını sevindirək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30