8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Toşak: "Uğursuzluqlar arxada qaldı"

Premyer Liqanın VIII turu çərçivəsində sentyabrın 27-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komanda sentyabrın 25-də iki dəfə məşq edib. Saat 10:30-da ehtiyat meydançada səhər məşqinə çıxan komanda fiziki və taktiki hazırlıq üzrə bir saatdan çox çalışıb. Saat 18:00-da başlayan axşam məşqi isə stadionun əsas meydançasında keçirilib və saatyarımlıq taktiki çalışmalardan ibarət olub. Hazırlıq prossesi bitəndən sonra baş məşqçi Con Toşak başına topladığı futbolçularla qısa söhbət edib. Uelsli çalışdırcı “İnter”lə oyunun əhəmiyyətindən danışaraq qara zolaqdan  çıxmış komandanın bundan sonra uğurları sırlamağa borclu olduğunu dilə gətirib: “Doğma azarkeşlərimiz önündə yüksək səviyyədə çıxış etməliyik. Artıq geriyə yol yoxdur, uğursuzluqlar arxada qaldı. Bundan sonra ancaq qələbələri sıralamalıyıq. “İnter”lə oyunda qazanılacaq qələbə bizim üçün çox əhəmiyyətlidir. Özünüzə inanaraq sona qədər meydanın hər qarışı üçün döyüşün və sonda meydanı qalib kimi tərk edin!”


12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30