Ölkə futbolu
Sadıqov: "Finala layiq oyun oldu"
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Qarabağ"a uduzduqları (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 3:4) oyundan sonra mətbuat konfransı keçirib.
- Finala layiq oyun oldu. Maraqlı hadisələr baş verdi. İlk hissədə yaxşı mübarizə getdi, rəqibə qol epizodu yaratmaq imkanı vermirdik. Qol da vurduq. İkinci qol epizodumuz da oldu. Oyunun qırılma nöqtəsi rəqibin qapıçısı Şahruddin Məhəmmədəliyevin qurtarışı idi. “Qarabağ”a qarşı matçda 1:0 hesabı təhlükəlidir. İkinci hissədə rəqibin təzyiqi artıracağını bilirdik. Qol buraxanda azlıqda idik. Məhz Abdullah Zubirə qarşı oynayan Qismət meydanda deyildi və o, möhtəşəm qol vurdu. Bundan sonra rəqib daha rahat oynadı. Futbolçularımla fəxr edirəm. Sona kimi döyüşdülər. “Qarabağ”ı təbrik edirəm. Layiqli “qızıl dubl” etdilər. Bu oyun bizim üçün böyük bir dərs oldu. Anladıq ki, böyük komandalara qarşı, finallarda da oynaya bilərik. Futbolçular çəkinmir, qorxmurdular. Penalti vuran futbolçularımızın zədələnməsi bizim üçün çətin oldu. Komanda möhtəşəm mövsüm keçirdi. Titul da qazana bilərdik. Amma sonluqdakı çətin qrafikdə əlimizdən gələnin maksimumunu etdik. Camiəmizi təbrik edirəm. Konfrans Liqasında ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq.
- Qışdan sonra “ayağı bağlanan” Volkovun elə penalti vurması barədə nə deyə bilərsiniz?
- Xüsusən önəmli məqamlarda özüm də böyük həyəcan keçirmişəm. “Neftçi” ilə penaltilər seriyasında “5-liy”ə görə əmin idim. Bu gün tərəddüd keçirirdim. Texnikalı futbolçularımız az idi. Futbolçuya penaltiyə görə qiymət vermək lazım deyil. 120 dəqiqə meydanda yaxşı mübarizə apardıq. “Qarabağ”ın sol cinahı məşhurdur. Həm Zubir, həm Elvin hücuma yaxşı qoşulurdular. Volkov əla mövsüm keçirdi. Bu gün də sona qədər mübarizə apardı.
- Oyundan əvvəl Rəşad Sadıqovla Qurban Qurbanovun dost olduğu, matçın rahat keçəcəyi deyilirdi. Amma oyunun sonuna qədər meydanda amansız mübarizə var idi...
- Mən futbolumuzda təcrübəli insanam. Danışanlar həmişə olub, olacaq. Biz ilk dəfə avrokubokda uğur qazananda danışılırdı ki, “Qarabağ” layihədir. Hər dəfə də bu söhbətlər gedirdi. Amma çempionatımızda o qədər şübhəli məqamlar olub ki... Heç vaxt o məsələlər müzakirə edilməyib. Biz dəfələrlə sübut etmişik ki, bu komandalar arasında heç bir danışıq ola bilməz. Keçən il öz aramızda heç-heçə etdik, “Neftçi” çempion, “Sumqayıt” 3-cü oldu. Bu il də heç-heçə oynadıq. Halbuki həmin oyunda biz qalib gəlsək, 3-cülük yolumuz daha rahat olardı. “Qarabağ” başqa bir dönəmdə “Zirə” səfərində 2:1 qələbə qazandı. Növbəti turda böyük rotasiyalarla “Neftçi”yə qarşı oynadıq və məğlub olduq. Həmin zaman da “Neftçi” 3-cü, “Zirə” 4-cü yeri tutdu. Bu söhbətləri etməkdə ya qəsd var, ya da cahillik. Nə etməliyik ki, özümüzü isbat edək? Biz həmişə sonuna qədər vuruşacağıq. Eynilə “Qarabağ”da bizə qarşı. Heç vaxt Allahın qədərinə qarışmamışıq. Bu, münasibətimizə təsir edə bilməz. Sona qədər təmiz oyun olacaq.
- Baş məşqçi kimi ilk dəfə avrokuboklarda çıxış edəcəksiniz. Komandanıza həmin mühiti aşılaya biləcəksiniz?
- Həmişə qınaqlar içində olmuşam və həmişə irəli baxmağı düşünmüşəm. Bu da onlardan biridir. Komandama güvənirəm. Hazırlıq prosesi, transferlər önəmlidir. Bəzi oyunçularla danışıq aparırıq. Püşkə baxdıqda “Qarabağ”ın Çempionlar Liqaısnda 2-3 il öncəki rəqiblərini gördüm. Bu, bizim üçün daha maraqlı ola bilər. Əsas məsələ hazırlıq olacaq. Rəqibin kimliyi də önəmlidir. Amma uğur qazanmağın sirri hazırlıqdır. Daha tez toplaşacağıq. Rəqibin kimliyindən asılı olmayaraq mərhələ keçməyə çalışacağıq.
- Baş məşqçi kimi bu mövsümdən hansı qeydləriniz oldu?
- Futbolçulara dediyim bir söz var: Pul və oyunçu keyfiyyəti hər şey deyil. Bu il bir daha bunu gördük. Futbolçularımızın əksəriyyəti əvvəlki klublarında ya stabil oynamamışdı, ya da uğur qazanmamışdı. Keçən mövsüm də özümüzü kubokun finalçısı və ya medalçı görürəm. Bu mövsüm də 2-ci yeri tuta bilərdik. Bəzi oyunlarda qeydə alınan nəticələr bizə mane oldu. İnanmaq, güvənmək, çalışmaq önəmlidir. Keyfiyyət də vacibdir. Futbolçular göstərdi ki, karyera o qədər də önəmli deyil. Vacib olan çalışmaq, inanmaq, bir ailə kimi hansısa yolu getməkdir. Daha çox inanmalı, keyfiyyətimizi artırmalıyıq.
- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
- Konkret fikirləşməmişik. 3-4-5 iddialı, ambisiyalı futbolçu gətirmək istəyirik. Bunun nə dərəcədə alınacağını bilmirəm.
- Oyundan sonra “Qarabağ” azarkeşləri sizi dəstəkləyən şüarlar səsləndirdi...
- Karyeramda, həyatımda yerləri başqadır. Bu sevgini və sayqını mənə göstərmələri qürurvericidir. Hər birinə təşəkkür edirəm.
- Bu rəhbərliyə veriləcək sualdır, amma onlar danışmır, ona görə də sizdən soruşuram. Rəhbərlik işinizdən razıdır?
- Danışanda danışırlar. Amma daha çox işləməyə üstünlük verirlər. Məncə, ən vacib xüsusiyyətlərdən biridir. Həmişə yanımızdadılar, bizi dəstəkləyirlər. Məni əsas motivasiya edən rəhbərlik, futbolçular, azarkeşlərdir.
- Büdcə artımı nəzərdə tutulub?
- Büdcəmiz təsdiqlənməyib. Hər bir büdcəyə görə sağ olsunlar. Futbola pul xərcləmək asan deyil. Belə insanları qorumalı, dəstgəkləməliyik ki, uzun müddət futbolumuzda olsunlar. Rəhbərliyə təşəkkür edirəm.
- Avrokubok oyunlarını hansı stadionda keçirəcəksiniz?
- İstirahət etməyi fikirləşirdim, amma avrokuboklardan o qədər sual oldu ki, bundan sonra ancaq Konfrans Liqasını düşünəcəyəm (gülür). “Dalğa Arena”da oynayacağıq. “Zirə” əvvəl də Avropa Liqasında oynayanda rəqiblərini orda qəbul edib. Öz meydanımızda oynamaq istərdik. Bu barədə rəhbərliyə də müraciət etmişəm. "Dalğa Arena"da ev ab-havası, ev üstünlüyü olmayacaq.
- Gedəcək oyunçular müəyyənləşib? Bir də Azərbaycan bazarında kimlərisə gözaltı etmisiniz?
- Ən çətin məsələ Azərbaycan transfer bazarıdır. Bu da başadüşüləndir. Yerli futbolçularla bağlı qabarıq problem yaşayırıq. Maraqlandığımız futbolçular var. Amma çoxunun klubu ilə müqaviləsi var. Bizim yerli futbolçularımız da yaxşı oyunçulardır. Kimlərin gedəcəyini qarşıdakı günlərdə biləcəyik. Bütün fikrimizi kubokun finalına vermişdik. Demək olar ki, heç kimlə danışıq aparmırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”