28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"İmperator" "Qalatasaray"la yeni müqavilə imzalamaqdan imtina etdi

Fatih Terim “Qalatasaray”la yeni müqavilə imzalamaqdan imtina edib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda klubun prezidenti Ünal Aysal açıqlama verib. Aysal qeyd edib ki, “Antalyaspor” matçından sonra Fatih Terimə “Qalatasaray” ilə müqaviləsinin 2 il müddətinə uzadılması barədə təklif ünvanlansa da, Terim bununla razılaşmayıb, hər il müqavilənin müddətinin 1 il uzadıldığı təqdirdə bu dəfə müqavilənin müddətinin 2 il uzadılması təklifinin anlaşılmaz olduğunu bildirib. Ünal Aysal Fatih Terimin milli komandanın baş məşqçisi vəzifəsini qəbul etməsindən sonra bir problem yarandığını vurğulayıb: “Klubun rəhbərliyindəki şəxslərlə bərabər bu məsələni müzakirə edərək qarşıdakı 24 saat, ya da 48 saat ərzində bir qərar verəcəyik. Hələ ki, heç bir başqa məşqçi ilə müzakirə aparmamışıq. Ancaq Fatih Terimlə bağlı qərar versək, dərhal başqa məşqçilərlə danışıqlar başlaya bilər. Lazım olarsa. Ən yaxşı xarici, yaxud yerli baş məşqçi tapıla bilər. Mən heç kimdən inciməmişəm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31