10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

"Mahir "Dinamo"ya hazır gəlməmişdi"

Xorvatiya mətbuat Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emrelinin zədələnməsindən yazıb.

Futbolxeber.az saytının məlumatına görə, “Jutarnji List” nəşri 25 yaşlı hücumçunun baş məşqçi Jelko Kopiçin etimadını qazandığı vaxtda zədələnməsinin yerinə düşmədiyini qeyd edib: 

"Dinamo" üçün yeni problem yaranıb. Daha bir hücumçu zədələnib. Hansı ki, son vaxtlarda inam qazanmağa başlamışdı. Ümumiyyətlə, geridə qalan həftə "Dinamo" oyunçuları üçün ağrılı həftə oldu. Marko Bulat və Daniel Zaqoraçın cümə günü məşq zamanı zədə səbəbindən sıradan çıxması ilə yanaşı, Mahir Emreli də "Slaven"lə matçı buraxmalı oldu.

Hələlik azərbaycanlı hücumçunu yaxın günlərdə meydanda olub-olmayacağını bilmirik. Ancaq belə vaxtda pauza ona lazım deyildi. Onsuz da “Dinamo”ya hazır gəlməmişdi. Bir az ritm tutduğu, baş məşqçinin etimadını qazandığı vaxtda bazar günü keçirilən matçı buraxmalı oldu”.

Xatırladaq ki. Mahir Emreli zədə səbəbindən Malta və Latviya ilə yoldaşlıq oyunları üçün millimizə də dəvət almayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30