8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Samir Abasov: “Bunu hesaba görə normal başa düşürəm”

“Bu gün Vüsal Əsgərov hansısa səbəbdən oynamırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Onun bu cür oyunlarda təcrübəsi yox idi".

Futbolxeber.az saytının məluamtına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VI turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

“ASCO Arena”da 3:1 hesablı qələbə qazanan “ağ-qaralar” ən azı bir günlük liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasovun qalibiyyət şərhi belə olub: “Meydana çıxan futbolçular qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı. Bunu hesaba görə normal başa düşürəm. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Bu gün heyəti meydan amilinə görə də qurmuşduq. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü".

43 yaşlı mütəxəssis Mert Çelik və Emin Mahmudovun yığmaya çağırıldığını xatırladıb: "Kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb" (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30