8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"ın necə keyfiyyətli komanda olduğunu gördük"

“Oyuna istədiyimiz kimi başladıq. Həm hücumda, həm müdafiədə yaxşı idik. İlk hissədəki mübarizədən razıyam. İkinci hissədə 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Omoniya"nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

"Rəqibin səviyyəsini, necə keyfiyyətli komanda olduğunu gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil", - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30