8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qəbələ"nin baş məşqçisi: "Qol epizodlarını dəyərləndirsəydik..."

“Bizi necə oyun gözlədiyini, rəqibin kimliyini bilirdik. Hollandiya və Azərbaycan çempionlarını müqayisə etmək düzgün olmaz. Amma futbolçularımıza inanırdıq. Oyunun nəticəsindən asılı olmayaraq, komanda tapşırıqların müəyyən hissəsini yerinə yetirdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov evdə Niderlandın "AZ Alkmaar" klubuna 0:4 hesabı ilə uduzduqları UEFA Gənclər Liqasının Çempionlar yolunun I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

"Futbolçularda bir az soyuqqanlılıq çatmırdı. Bir az sərbəst oynasaydıq, qol epizodlarını dəyərləndirsəydik, nəticə fərqli olardı. Komandamız sonadək mübarizə apardı. Bu da məni sevindirir. Önəmli olan da budur ki, futbolçularımız belə komandalarla oynayır, təcrübə qazanırlar. Ən böyük uğur Hollandiya çempionunu Qəbələyə gətirməkdir”, - deyə o bildirib.

Xəlilov cavab oyunu barədə də fikirlərini açıqlayıb: “Oyunçulara tapşırmışdıq ki, öndə pressinq etməyək, müəyyən zonada rəqibi qarşılayaq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu, matçın bəzi hissəsində alındı, bəzisində yox. Cavab görüşündə risk etməliyik. Öndə pressinq etməyi düşünürük. Sürpriz ola biləcəyinə inanırıq. Ümidimizi itirməmişik. Bugünkü oyunda da kifayət qədər qol epizodları yaratdıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30