8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Bizi "Qarabağ"la çətin oyun gözləyir"

"Oyunu səbirsizliklə gözləyirik. Evdə oynayırıq və bu, bizim üçün çox yaxşıdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la matç öncəsi keçirilən mətbuat konfransında deyib.

“Oyunun çətin olacağını bilirik. Qələbə qazanmağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, qrupdan çıxmaq şansımız artacaq. Evdə qalib gəlmək yaxşıdır. "Qarabağ" AEL-i mübarizədən kənarlaşdırdı və "Bazel"lə heç -heçə etdi. Onlar yaxşı komandadır. Bizi çətin oyun gözləyir" - deyə o bildirib.

H.Berq ötən ilki qrupun daha çətin olduğunu vurğulayıb: "Ötənilki komandalar daha yüksək səviyyədə oynayırdı. İndi komandalar səviyyəmizə daha yaxındır. Fikrimizcə, "Bazel" ən güclü rəqibdir. Biz onlarla rəqabət aparmaq və əlimizdən gələni etmək üçün buradayıq".

Qeyd edək ki, sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30