8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Sabah bizi ağır oyun gözləyir”

"Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı futbolçu bildirib ki, komandada ab-hava yaxşıdır: "Səbrisizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var".

Təcrübəli müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda oynamağa öyrəşdiklərini söyləyib: "Ora bizim üçün uğurlu arenadır. Bakı Olimpiya Stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30