29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Qurban Qurbanov: “Düşündüyümdən də yaxşı oynadılar”

"Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, çempionatda fasilənin yaranması futbolçunun formasına təsir edir: "Çoxdandır birlikdə oynamırdılar. Bu gün qərar verdim ki, əsas heyət üzvləri birlikdə meydana çıxsın. İstər-istəməz yorğunçuluq olur. Oyunçular matçdan əvvəl bir dəfə normal məşq etmişdilər".

Qurbanov Konfrans Liqasının I turunda Bakıda qarşılaşacaqları İsveçrə "Bazel"i ilə oyun haqqında da danışıb: "Bazel"lə görüşdə futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edirdi".

Təcrübəli baş məşqçi rəqibin görüşün sonlarında daha çox irəli atıldığını sözlərinə əlavə edib: "Əks-hücumlara çıxsaq da, sonluq yaxşı alınmadı. Toral Bayramov yorulmuşdu, ona görə narahat idim. Əlbəttə ki, çatışmazlıqlar var. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Səhvlər olanda bəzən sevindirici olur. Çünki belə olanda futbolçuları ələ almaq mümkündür".

Mütəxəssis iki qol vuran İbrahima Vadji barədə bunları diqqətə çatdırıb: "O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Vadjiyə alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşılaşdıracağına inanıram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31