29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ayxan Abbasov: “Səhvlərdən nəticə çıxarmalıyıq”

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Çətin səfər olacağını bilirdik. Həm meydan amili, həm çempionatda yaranmış fasilənin oyuna təsiri var idi. Yenidən çempionatın ab-havasına girmək lazımdır”.

Futbolxeber.az saytının məlunatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis birinci hissədə qol imkanlarından istifadə edə bilmədiklərini söyləyib: "İkinci yarıda futbolçular bəzi anlarda konsentrasiyanı itirdi. Qoldan sonra "Səbail" yaxşı müdafiə olundu. Çempionat gərgin keçəcək. Belə məğlubiyyətlər, qələbələr olacaq. Ötən mövsüm də bu cür hallarla rastlaşmışıq. Hər xal bizim üçün dəyərlidir. Bu gün buradan xalla qayıtmaq istəyirdik, təəssüf ki, buna nail ola bilmədik. Tez zamanda toparlanıb, bu oyunu təhlil edib, səhvlərdən nəticə çıxarmalıyıq" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31