9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Sənan Qurbanov: "O, ən ağır cəzanı alacaq"

"Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonra işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, oyunla bağlı danışılası çox şey yoxdur: "Üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür".

Qurbanov görüşün 28-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulan Anatole Abanqın sərt cəzalandırılacağını söyləyib: "Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək, AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəcək. Biz özümüz də ona cəza verəcəyik. Çünki 25-ci dəqiqədə qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30