Ölkə futbolu
Cavid Huseynov: “Təkcə AFFA-nın yox, futbolda olan hər kəsin üstünə yük düşür”
Millimizin sabiq üzvü Cavid Hüseynovun müsahibəsi
- Millinin keçmiş futbolçusu kimi, yığmamızın son oyunları ilə əlaqədar fikirlərinizi almaq istəyərdik. Son 3 oyunu necə dəyərləndirirsiniz?
- Son üç oyunu götürsək, Lüksemburq komandasına qarşı mən də hamı kimi millimizdən qələbə gözləyirdim. Təəssüflər olsun ki, bu, baş tutmadı. Daha sonra İrlandiya ilə hesabda öndə ola-ola oyun bərabərliklə yekunlaşdı. Buna da çox üzüldük. Portuqaliya komandasına qarşı da oynamaq, həqiqətən, həm səfərdə, həm də evdə çox çətindir. Mən sözün əsl mənasında gözləyirdim ki, bu üç oyundan heç olmasa, 4 xal toplayarıq. Amma bu, baş vermədi.
- Nəticələrdə baş məşqçinin taktiki seçimi nə qədər rol oynadı?
- Əlbəttə, hər bir nəticəyə görə baş məşqçi cavabdehdir. Düşünürəm ki, daha yaxşısını edə bilərdi. Düzdür, oyundan sonra bunu demək asandır. Hərçənd, biz onun içində deyilik. Milli komandanın tərkibində oyunçuların hansı səviyyədə olmasını baş məşqçi görür, analiz edir, son olaraq o cavabdehdir. İlk onbirliyi o meydana buraxır. Amma kənardan fikir bildirməli olsaq, zaman-zaman ilk onbirliklə bağlı bir futbolçu kimi mübahisə edərdim. Yenə deyirəm, bu, baş məşqçinin seçimidir. Əgər ona güvənilirsə, o, bugünkü gündə baş məşqçi təyin olunubsa, bütün öhdəliklər də, seçimlər də ona verilir. Bütün nəticədən də o cavabdehdir.
- Millinin son 3 oyundakı nəticələrdə, millinin vaxtilə içində olan biri kimi necə düşünürsünüz, AFFA-nın rolu nə qədərdi?
- Bugünkü gündə milli komandaya yığılan futbolçular öz klublarında yaxşı səviyyədə olan oyunçulardır. İstər hücum planında, istər müdafiə planında bütün üzdə olan futbolçular milli komandaya dəvət alıb. Potensiallı futbolçulardır. Bu komanda ilə də uğur əldə etmək mümkündür. Sadəcə olaraq, davamlı şəkildə işləmək lazımdır. Burada hər birimizin rolu önəmlidir. Biz azarkeş olaraq milli komandaya inanmalıyıq. Burada təkcə AFFA-nın üzərinə yük düşmür, futbolun içərisində olan, futbolla yaşayan hər kəsin üstünə yük düşür. Ancaq əl-ələ verib, milli komandaya inam göstərib yaxşı nəticə gözləmək lazımdır. Mən inanıram ki, yaxın gələcəkdə milli komandamız bunun öhdəsindəm gələcək. Çünki dəfələrlə vurğulayıram ki, indiki futbolçuların potensialına çox inanıram.
- Millinin hazırlıq prosesi hansı səviyyədə təşkil olunur?
- Sözün düzü, bir komandaya təlim-məşq toplanışları lazımdır, onun qidalanması lazımdır, bazası lazımdır. Bu da hərtərəfli olur, millinin təlim-məşq toplanışı həmişə yüksək səviyyədə təşkil olunur. Mərdəkanda yerləşən milli komandanın bazasını götürək, orada hər bir şərait var. Məşq keçmək üçün, futbolçuların özünü yaxşı hiss etməsi üçün hər şey edilir. O ki qaldı təlim-məşq toplanışılarını da biz hər zaman xarici ölkələrdə keçmişik. Çox yüksək səviyyədə olub. Bunu yalan deməyə ehtiyac yoxdur.
Mənbə: azxeber.com
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi