9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Ramin Quliyev: “Buraxdığımız uşaq səhvi qolla nəticələndi”

"Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandada istəksizlik yoxdur: "Srdıcıl məğlubiyyətlər və 3 oyuna qol vura bilməməyimiz inamsızlıq yaradır. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır".

Onun sözlərinə görə, hazırkı vəziyyətdən çıxış yolu tapmaq lazımdır: "Yenə deyirəm, bir az vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Oyunlara baxıb təhlil edəcəyik".

Quliyev komanda daxilində hər şey yaxşı olduğunu söyləyib: "Düzdür, məğlubiyyətlər heç kimə xoş deyil, amma ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır" ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30