29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

İrlandiya millisinin baş məşqçisi: “Bu, öldürücü zərbə idi”

İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirdikləri matçdan (1:1) sonra təşkil olunan mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis deyib: "2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Çoxlu qol epizodları yaratdıq. 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik".

Kenni millimizin üzvü Emin Mahmudovun ilk hissədə vurduğu qol barədə də danışıb: "Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı. Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31