9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mahir Emreli: "Özümü əsas qəhrəman kimi hiss etmirəm"

“Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində “Slaviya” (Çexiya) ilə görüşdən (2:1) sonra fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, iki qol vurmaqla Varşava təmsilçisini qrup mərhələsinə yüksəlməsində əsas rol oynayan millimizin üzvü klubun rəsmi saytına açıqlamasında bu görüşün onun üçün xüsusi olduğunu bildirib:

“Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir.

Özümü əsas qəhrəman kimi hiss etmirəm. Futbol komanda oyunudur. Komanda olaraq oynadıq və qrup mərhələsinə vəsiqə qazandıq. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

M.Emreli qrupda daha çətin rəqiblərlə qarşılaşacalarını xatrıdladıb: "Hər zaman ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürüm. Mənim üçün fərqi yoxdur”.

Xatıladaq ki, Mahir Emreli "Legiya" hesabda geri olarkən (0:1) dubl edib və komandasına əzmkar qələbə qazandırıb. O, Çexiya klubu ilə ilk görüşdə də (2:2) qol vurmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30