9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Samir Abasov: “Püşkü atanlar deyirlər ki, "Neftçi" sən heç yerə getmə, yerində qal”

“Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir. Çempionatları davam edir. Tbilisi “Dinamo”su ilə matça olduğu kimi, buna da hazırlaşırıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin fiziki durumu çox yaxşıdır: "Doğrudan da təhlükəli rəqibdir. Öz ölkəsinin çempionudur. Finlandiya futbolu inkişaf edir. Komandaları güc baxımından müqayisə etsək, üstünlükləri var. Rəqib daha hazırlıqlıdır. Avroliqada qalmaq üçün əlimizdən gələni edəcəyik. HİK-in xeyli oyununa baxmışıq".

Baş məşqçi hücum xəttində Mirabdulla Abbasov və ya Harramiz Soareşə şans verəcəyini söyləyib: "İki hücumçumuz var. Mirabdulla Abbasovun səhhəti ilə bağlı problem yaşadıq. Amma demək olmaz ki, hazır deyil. Məşqimizdə iştirak edir".

Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"un qarşı qarşılaşmalara da toxunan təcrübəli mütəxəssis çox gözəl oyun nümayiş etdirdiklərini vurğulayıb: "Evdə də pis oynamadıq. Üzücü məqamdır ki, keçə bilmədik. Uşaqların əziyyətinə heyfim gəldi. Üzüntümüz buna görə idi. Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyirdik. Həmin matçın atmosferində qalsaq, bizə mənfi təsir göstərəcək. Hazırda əhval-ruhiyyəmiz yaxşıdır".

Abasov Avropa Liqası və Konfrans Liqasındakı potensial rəqiblərindən də danışıb: "Püşkü atanlar deyirlər ki, "Neftçi" sən heç yerə getmə, yerində qal. Həm Türkiyə "Fənərbağça"sı, həm də İsrailin "Makkabi" (Hayfa) güclü rəqiblərdir. Hər ikisi arzuolunmaz komandadır. Hazırda bütün fikrimiz HİK-lə oyunlardadır. İndidən digər rəqibləri düşünmək ağılsızlıq olar".

Baş məşqçi HİK-lə "Olimpiakos"u müqayisə edib: "Əslində, Helsinki klubunun hazırkı durumu bizim üçün daha təhlükəlidir. "Olimpiakos"da həddindən artıq keyfiyyətli futbolçular var. Onlar bəzən sənə boşluq verə bilərlər. Amma HİK kimi kollektivlər komanda oyunu sərgiləyirlər. Hücumda və müdafiədə boşluq vermirlər. Baş məşqçinin dediklərini yüksək səviyyədə yerinə yetirirlər. Qapanan komandalara qarşı oyunumuz çətin alınır. Sabah belə hal baş verə bilər. Sabah diqqətli oynamalıyıq ki, yaxşı nəticə qazanaq".

Baş məşqçinin sözlərinə görə, gənc futbolçuların "Olimpiakos"a qarşı oyunu onu sevindirib: "Rəqibdən çəkinməmələri, istəkləri müsbət məqam idi. Sabah onlar oynaya da bilərlər, oynamaya da. Müdafiənin sağ cinahında Ömər Buludov və ya Fəhmin Muradbəyli çıxış edə bilər. Yeni transfer haqqında isə heç nə deyə bilmərəm. Heyətdə kasadlıq var. Ümid edək ki, sabahadək zədəli futbolçumuz olmayacaq".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30