10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

"Aşdod"un baş məşqçisi: "Yalnız həyat yoldaşımdan çəkinirəm"

"Hələ ki, oyuna bir gün qalıb və matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu fikirləri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis püşkatmadan sonra “Qarabağ”ı araşdırdıqlarını söyləyib: "Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur".

İsrailli baş məşqçi "Qarabağ"ın ötən mövsüm "Makkabi" ilə görüşlərini izlədiyini bildirib: "Bizim çempion mərhələ adlamışdı. Amma iki bərabərsəviyyəli oyun olub. Təbii ki, “Qarabağ”a hörmətlə yanaşırıq.

Şimon “Qarabağ”dan çəkinirsiniz" sualına belə cavab verib: "Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm (gülür). Çünki o, güclü şəxsiyyətdir".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30