9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qara Qarayev: “Bu, bizim üçün çox önəmlidir”

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev klubun saytına açıqlamasında Avstriya toplanışından danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, azarkeşlərlə bağlı verilən qərardan söz açıb və Konfrans Liqası ilə bağlı fikirlərini bildirib:

“İki həftəlik nəzərdə tutulan toplanışda artıq iki oyun keçirmişik. Məqsədimiz komanda oyunumuzu və futbolçular arasında əlaqəni yaxşılaşdırmaq, fiziki baxımdan hazır vəziyyətə gəlməkdir. Hazırlıq istədiyimiz kimi gedir. Toplanış çərçivəsində daha bir görüş keçirəcəyik. Bakıya qayıtdıqdan sonra Konfrans Liqasında “Aşdod”la oyunlara hazırlaşacağıq.

Çox sevindirici haldır ki, azarkeşlər tribunalara qayıdır. Onlar üçün çox darıxmışıq. Uzun müddətdir fanatlar olmadan oynayırıq. Fikrimcə, “Qarabağ”ın əsas güclərindən biri azarkeşləridir. Ümid edirəm ki, icazə verilən qədər azarkeş gələcək və bizi dəstəkləyəcəklər. Bu, bizim üçün çox önəmlidir. Dolu tribunalarda oynamaq üçün darıxmışıq. Azarkeşlərə qovuşmaq hissini yaşayacağıq.

Konfrans Liqası yeni təcrübədir. Hədəflərimiz “Qarabağ” adına layiqli mübarizə aparmaqdır. Bu turnirdə uğurlu nəticə qazanmağa çalışacağıq. Yeni turnir olmasına baxmayaraq, komandaların səviyyəsi kifayət qədər yaxşıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30