9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

AFFA VAR sistemi ilə bağlı tender elan edib

AFFA VAR sistemi ilə bağlı tender elan edib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidir. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

Müddət iyulun 8-də saat 16:00-da başa çatacaq. Federasiya tender üçün alınacaq avadanlıqların siyahısını da açıqlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30