9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi”nin rəqibini yaxından tanıyaq

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) klubu 1925-ci ildə yaradılıb.

Futbolxeber.az saytının məlumatına görə, klub prezidenti Roman Pipiya, baş məşqçi əvvəllər Bakı “İnter”ini çalışdırmış Kaxaber Sxadadzedir.

Paytaxt təmsilçisi ev oyunlarını 55 000 tamaşaçı tutumuna malik olan Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirir.

“Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış “Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olub.

“Dinamo” Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, 8 dəfə isə Superkubokun qalibi olub. Tbilisililər 2004-cü ildə “Birlik kuboku”nu başı üzərinə qaldırıblar.

Gürcüstan müstəqillik qazanandan sonra “Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.

“Dinamo”nun heyətində gürcü futbolçularla yanaşı, Fransa, İspaniya, Hollandiya, Serbiya, Slovakiya və Qvineyadan olan legionerlər yer alır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30