9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA sabah Türkiyə şirkəti ilə müqavilə bağlayır

AFFA və Türkiyənin “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanacağı tarix açıqlanıb.
 
Futbolxeber.az saytının "Fanatik" nəşrinə istinadən məlumatına görə, tərəflər iyunun 15-də milli assosiasiyanın inzibati binasında rəsmi sözləşməyə imza atacaqlar.
 
Mərasimdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və şirkətin baş direktoru Hilal Suerdem iştirak edəcəklər. Anlaşmaya əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.
 
Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30