8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Erkən qol planlarımızı pozdu"

"Səfərdə 3 yoldaşlıq matçı keçirdik. İkisində uduzub, birində qalib gəldik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis bildirib ki, görüşün əvvəlində buraxılan qol planları pozub: "Standart vəziyyətdən qol buraxdıq. Amma sonadək mübarizə apardıq. Futbolçularımız yorğun idi. Gücümüz az qalmışdı. Bu matçdan çox şey öyrənə bilərik. Bizim üçün yaxşı təcrübə oldu".
 
65 yaşlı baş məşqçi Belarusa qarşı yoldaşlıq görüşü ilə bugünkü qarşılaşmanı müqayisə edib: "Belarusla matçda 6 dəyişiklik etdik. Ondan sonra oyunun keyfiyyəti qalxdı. Bu gün isə alınmadı, nəticə qazana bilmədik. Halbuki kifayət qədə epizodlarımız oldu. Keyfiyyət çatmadı. Düşünürəm ki, daha çox inkişaf etməliyik".
 
De Byazi oyunun sonlarında zədələnən Bədavi Hüseynovun durumuna da toxunub: "Dizində zədəsi var. Amma dəqiq bilinmir. Bir az da gözləməliyik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30