10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Mövlud Çavuşoğlu: "Azarkeşlər Qarabağın kimə aid olduğunu xatırlatdılar"

"Milli komandanın mənim şəhərimdə yoxlama matçı oynaması bizi məmnun etdi. Yaxşı yoxlama görüşü oldu. Azərbaycan millisi yaxşı təsir bağışladı. Onlar mübarizə aparan komandadır. Milli komandamız ümid edirəm ki, Avropa çempionatında əvvəlcə qrupdan çıxıb, sonra çempionluğa doğru irəliləyəcək. Şenol Günəşin rəhbərliyi altında millimizə güvənirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan millisi ilə yoxlama oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, hər iki komandanın yaxşı təsir bağışladığını söyləyib: "Bir millət, iki dövlətə yaraşan hazırlıq matçı oldu. Avropa çempionatında bəzi matçlarımızı Azərbaycanda oynayacağıq. Qardaş Azərbaycanın millimizə düşərli olacağına inanırıq.
 
Bu gün az sayda azarkeş var idi. Xüsusilə, alanyalı azarkeşlərə təşəkkür edirik. Həm Türkiyə, həm də Azərbaycanın lehinə şüarlar səsləndirdilər. Təbii ki, siyasəti idmana qarışdırmırıq. Amma millətimizin duyğuları həm Azərbaycana, həm də Türkiyəyə yüksək dərəcədədir. Azarkeşlər Qarabağın kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30