9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi”nin büdcəsi artırılır

Arxada qoyduğumuz mövsümü qızıl medalla başa vuran “Neftçi”nin büdcəsində artım olacaq.

Futbolxeber.az saytının məlumatına görə, son, 2020/2021 mövsümündə əsas komandanın 40 faiz azaldılan büdcəsi növbəti mövsümdən etibarən yenidən əvvəlki məbləğə qaytarılıb. 

Klubun sponsoru bununla kifayətlənməyərək, komandaya daha bir bonus oksigeni yaradıb. Belə ki, qitəmiqyaslı yarışlarda iştiraka görə UEFA tərəfindən kluba ödəniləcək məbləğ də son qəpiyinədək büdcəyə əlavə ediləcək. Bu da “uğurlu çıxış et, komandan güclənsin” anlamına gəlir.

Hər halda, artıq indidən əminliklə  demək olar ki, “ağ-qaralar” son mövsümlə müqayisədə daha güclü olacaqlar... Ən azı büdcə sarıdan (Sport24.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30