Ölkə futbolu
Sadıq Sadıqov: "Neftçi" çempionluğa ac idi"
"Neftçi" futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqovun müsahibəsi
- "Neftçi"nin 8 ildən sonra Azərbaycan Premyer Liqasının qalibi olması barədə nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki?! Sevincimizin həddi-hüdudu yoxdur. Mən də bu cameənin, "Neftçi" ailəsinin üzvüyəm. Həmişə "Neftçi" bizim diqqət və nəzərimizdə olub. Yenə də olacaq. Bütün "Neftçi" cameəsini, ailəsini ürəkdən təbrik edirəm. Axır kı 8 ildən sonra çempionluğu əldə etdik, "Qarabağ"ın 7 mövsümlük hegemonluğuna son qoyuldu. Futbolun da gözəlliyi bundadır. "Neftçi" göstərdi ki, Azərbaycan futbolu inkişaf edir və bundan sonra da inkişaf edəcək. Çox əzmkar qələbə qazandılar. "Qarabağ"ı məğlub edərək, 9-cu çempionluqlarını qeyd etdilər. Bir daha bütün "Neftçi"sevərləri, komandanın azarkeşlərini, bütün Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, "Neftçi" öz keçmiş tarixini geri qaytaracaq, Çempionlar Liqasında və avrokuboklarda flaqmanın tarixi komanda olduğunu sübut edəcək, uğurlu oyunları ilə azarkeşlərini, Azərbaycan xalqını sevindirəcək.
- "Neftçi" 2013-cü ildə qazandığı son çempionluğun ardından sonra cəmi bir titul qazanmışdı. O da elə sizin klub prezidentliyiniz dövrünə təsadüf edən Azərbaycan Kuboku idi. Komandanın uzun müddət titula həsrət qalmasının səbəbini nədə görürdünüz?
- Bu, idman oyunudur. Futbolda hər şey olur. "Neftçi"də 7 il ərzində baş məşqçi və prezident dəyişikliyi olub. Kimsə harasa uğur qazanmaq üçün gəlir. Bunlar da istəyirdilər ki, hər zaman uğur əldə etsinlər. Amma alınmırdı. Orada bəzi səbəblər var idi. Ola bilsin, komandadakı oyunçular nəyə görəsə bir qədər az əziyyət çəkirdilər, alındıra bilmirdilər. Amma hazırkı heyətin tərkibinə baxanda görmək olur ki, yaxşı legionerlər götürüblər. Samir Abasov da xaraktercə çılğın baş məşqçidir. O, həmişə qələbə qazanmaq istəyir. "Sumqayıt"da işlədiyi vaxt da bunu görmüşük. Heyəti analiz edəndə inanırdım ki, "Nefçi" bu mövsümü qalibiyyətlə bitirəcək. Komanda çempionluğa ac idi. "Qarabağ" dünənki oyuna ardıcıl 7 ilin çempionu kimi çıxmışdı. "Neftçi" isə çempionluq üçün həddindən artıq istəkli idi və buna da nail oldu. Qurban Qurbanovu da təbrik edirəm. Vallah, onun böyük ürəyi var. Çıxdı, rəqibi təbrik, məğlubiyyəti qəbul etdi. İki baş məşqçi arasındakı gözəl münasibət bir daha futbolumuzun yaxşı gələcəyindən xəbər verir.
- "Neftçi"dən Çempionlar Liqası üçün gözləntiləriniz nədir?
- Heyət tam formalaşıb. Məşqçilər heyəti çox gözəl dərk edirlər ki, nə etmək lazımdır. Özünüz bilirsiniz ki, hazırda pandemiya baş alıb gedir. Hər şeyi vaxtında etmək mümkün deyil. Bəzi qaydalar var ki, onlara mütləq riayət edilməlidir. Müəyyən çətinliklər var. Əvvəllər istənilən klub Türkiyəyə, Avstriyaya təlim-məşq toplanışına yollanır, xaricdə çox güclü və səviyyəli komandalarla yoxlama oyunları keçirirdilər. Amma indi bunları etmək çətindir. Bütün dünyada xəstəlik var. Samir müəllim heyəti bir az gücləndirməlidir. Ondan sonra inanıram ki, "Neftçi" Çempionlar Liqasının qrupuna düşə bilməsə də, Avropa Liqasında öz sözünü deyəcək. Kollektivi həvəsləndirərək, güclü təlim-məşq toplanışları sayəsində uğur qazanmaq olar. Mən də bilirəm ki, hazırlıq prosesi ilə bağlı məsələlər çox həssas və ciddidir. Buna baxmayaraq, Türkiyənin bəzi şəhərləri təlim-məşq toplanışlarına açıqdır. Digər xarici ölkələri deyə bilmərəm. Biz yay toplanışını əsasən Avstriyada keçirirdik. Xaricdə hazırlıq prosesi, hansısa komandalarla yoxlama oyunları olsa, "Neftçi" uğur qazanacaq. Amma daxili toplanışlarda oynayacağınız komandalar bəllidir. 8 komanda ilə çempionatda da üz-üzə gəlirlər, bir-birilərini çox yaxşı tanıyırlar. Başqa komanda ilə qarşılaşsalar, inkişafları artacaq. "Neftçi" uzun müddətdir Çempionlar Liqasında iştirak edə bilməyib. Məhz bu səbəbdən, kənarda 15-20 günlük hazırlıq prosesi olsa, super alınar və "Neftçi" Çempionlar Liqasında öz sözünü deyər.
- Müqaviləsi bitən Keysuke Honda ilə bağlı fikirləriniz necədir: "Neftçi"də qalmalıdırmı?
- Onun komandaya gəlişi ilə bağlı bir söz deyə bilmərəm. Kollektivə qoşulması Tokio Yay Olimpiya Oyunlarına az qaldığı dövrə təsadüf etdi. Hazırda Azərbaycan Cüdo Federasiyasında vitse-prezident vəzifəsini yerinə yetirirəm. Bütün fikrimiz olimpiadaya yönəlib. Hondanın komandadakı taleyi ilə bağlı məlumatım yoxdur. Ad olaraq yaxşı futbolçudur. Bizim dövrümüzdə komandaya Emil Mpenza transfer olunmuşdu. O da gələndə bizi alqışlayırdılar ki, səviyyəli futbolçu götürmüsünüz. Lakin Mpenza özünü doğrultmadı və bir çox söz-söhbətlər yarandı. Özbaşına klubun düşərgəsini tərk etdi, amma adını qoydular ki, "Neftçi" onu qovdu. İndi də Mpenzadan sonra "Neftçi" o səhvi Hondanın üstündə aparmaz. Yaponiyalı legionerlə müqavilə mövsümün sonunadək bağlanılıb. Klub rəhbərliyi, yəqin ki, sözləşmənin uzadılıb-uzadılmayacağını bilir ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi