9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ" üçün mövsümdə ilk - 433 gündən sonra

Premyer Liqanın 2020/21 mövsümündə ilk dəfə “Qəbələ”nin lehinə penalti təyin olunub.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bu, XXVII turun “Sabah”la görüşündə (2:2) gerçəkləşib.
 
Nikolas Raysel ikinci hissədə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Mövsümün əvvəlki 26 turunda belə imkan əldə etməyən “qırmızı-qaralar” sonuncu dəfə ötən çempionatda penalti vurub. Bu, yarımçıq dayandırılan 2019/20 mövsümünün sonuncu – XX turunda baş verib. 2020-ci il martın 7-də keçirilən “Sumqayıt”la ev oyununda (5:0) Nikolas Raysel qonaqları məyus edib.  Beləliklə, “Qəbələ” 433 gündən sonra çempionat oyununda penalti vurub.
 
“Qırmızı-qaralar” həm də mövsüm ərzində qazanılan belə şanslara görə antirekordla üzləşib. 2006/07 mövsümündən yüksək liqada çıxış edən komanda hər çempionatda ən azı 2 penalti vurub. Cari mövsümdə isə 27 matçda yalnız bir belə imkan əldə edib.
 
2006/07 – 3 penalti (2-si qeyri-dəqiq)
 
2007/08 – 3 (1)
 
2008/09 – 6 (1)
 
2009/10 – 4
 
2010/11 – 3
 
2011/12 – 3 (1)
 
2012/13 – 6 (3)
 
2013/14 – 6 (2)
 
2014/15 – 6
 
2015/16 – 5 (1)
 
2016/17 – 4 (1)
 
2017/18 – 3
 
2018/19 – 2
 
2019/20 – 2
 
2020/21 – 1
 
Ümumilikdə, Premyer Liqada 57 penalti vuran “Qəbələ” 45 dəfə qol sevinci yaşayıb. 11 metrlik cərimə zərbələri ən yaxşı icra edən futbolçu Cavid Hüseynovdur. O, 8 imkanın hamısını qola çevirib. 100 faizlik göstəriciyə malik oyunçulardan Deon Bartonla Aleksey Qay hərəyə 4, Nikolas Raysellə Filip Ozobiç hərəyə 3 dəfə fərqlənib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30